معرفی کانال‌های تلگرام برای یادگیری و تقویت زبان ترکی آذربایجانی
«کتابخانه‌ی اوخوجان»؛ ویدیو-کتاب‌های کودک و نوجوان به زبان ترکی آذربایجانی؛ اپلیکیشن، کانال تلگرام، کانال یوتیوب، صفحه‌ی اینستاگرام اوخوجان
زلزله خوی و ترکیه، رزومه‌ی شرکت‌های عمرانی، پیمانکاران، انبوه‌سازان و تولیدکنندگان مصالح ساختمانی
آدرس آموزشگاه های ترکی استانبولی در تبریز با تدریس مجید عزمی
کلاس های آموزش زبان ترکی استانبولی در آموزشگاه های مختلف ولیعصر تبریز
کلاس های آموزش زبان ترکی استانبولی در آموزشگاه های مختلف نصف راه تبریز
کلاس های آموزش زبان ترکی استانبولی در آموزشگاه های مختلف آبرسان تبریز
حمایت مالی از کلاس‌ها و دوره‌های زبان ترکی آذربایجانی
آموزش گام به گام زبان ترکی آذربایجانی (فایل pdf + فایل صوتی)
تبلیغ رایگان در سایت azmiaz.org
کلاس‌های آموزش زبان ترکی استانبولی در تبریز ۰۹۱۴۹۱۷۳۲۱۷
ترجمه کتاب و مقاله از ترکی استانبولی به فارسی و از فارسی به ترکی استانبولی
رزومه به ترکی استانبولی | ترکی آذربایجانی
خودآموز ترکی استانبولی
چگونه محصول یا خدمات خود را در ترکیه و آذربایجان بفروشیم؟
تولید محتوا و تبلیغ نویسی به زبان ترکی با هدف بازاریابی و صادرات به جمهوری آذربایجان و ترکیه (مشتری‌یابی بین‌المللی)
چگونه ترکی استانبولی | ترکی آذربایجانی را آنلاین یاد بگیریم؟
بهترین روش آموزش ترکی استانبولی و ترکی آذربایجانی به صورت آنلاین
آموزش درس به درس ترکی استانبولی (فایل pdf + فایل صوتی)
سوابق نویسندگی، مترجمی و تدریس مجید عزمی
چگونه در خانه ترکی استانبولی یاد بگیریم؟
مزایای آموزش آنلاین ترکی استانبولی
ترکی استانبولی، دوره تابستانه، 1398
تدریس ترکی، مجید عزمی، 09149173217
سیزده بدر کجا برویم؟
″Allah mənə bir uşaq verəydi, çolaq, kor, şil olaydı da malım ona qalaydı″
Türk - İslam dünyası çin mallarını nasıl boykot edebilir? Öneriler
دوره های متنوع ترکی استانبولی و ترکی آذربایجانی با تدریس مجید عزمی
İranda müşteri bulmak için bazı öneriler ve tavsiyeler
تبلیغات به زبان ترکی، تبلیغ نویسی و تولید محتوای ترکی برای پیدا کردن مشتری خارجی و حضور در بازارهای ترکیه و آذربایجان و کسب درآمد ارزی
Reduksiyonizm və Holizm, Bölümcülçülük və Bütüncülçülük

Düşüncə tərziniz, ixtisasısınız, işiniz nə olursa olsun, bu yazımı oxumağınızın faydalı olacağını düşünürəm. Umuram ki, yararlı olar

 

 

 

Birinci Misal

Məhəlləmizdəki mağazadan bir zadlar alırdım. Bu sırada orta yaşlı bir kişi gəldi və salam verər-verməz,

"Mən, sizə də tövsiyə edirəm" dedi əlindəki sosiskanı göstərərək, "Cibimə üç-dörd dənə sosis qoyuram və yolda gördüyüm pişiklərə, itlərə və başqa heyvanlara verirəm."

"Məncə yaxşı iş görmürsünüz" dedim. Bunu deyəndə mağazadakıların gözündə heyvan sevgisi olmayan acımasız biri kimi görünməyə başladığımı duydum; bu üzdən də sözümü açıqlamaq zorunda qaldım. "Sahibsiz heyvanlara yem verərərk təbiətə, çevrəyə və ətraf mühit sağlamlığına zərər veririk."

Mən bu qonunu orada çox ayrıntılı bir şəkildə açıqladım və sonunda orta yaşlı kişi də mənimlə razılaşdı. O baytar (heyvanlar həkimi) olduğunu söyləyirdi.

Təşəkkür edib, "Mən yalnızca öz uzmanlığım açısından bu qouya baxırdım, qonuya heç də ətraflı baxmamışdım" dedi.

 

İkinci Misal

İnstaqramda bir sürə təqib etdiyim bir erkək var idi. Təbii ki, burada adını çəkmək istəmirəm. Bu erkək özünü erkək haqları müdafiçisi kimi tanıdırdı. Əslində mənə maraqlı gəldi; axı mən uşaqlığımdan bəri qadın haqlarını, erkək-qadın müsaviliyini düşünən, bu yolda hərəkət etməyə çalışan biri olmağa çalışmışam. (Əlbəttə, xətalarım da az olmamışdır və mən də qadınlara qarşı pis davranmışam, ancaq hər zaman yanlışlarımı, xətaları düzəltməyə və daha düzgün düşünməyə, danışmağa və davranmağa çalışmışam. Genə də düşüncələrimdə, sözlərimdə və davranışlarımda yanlışlar var ola bilər və genə də özümü islah etməyə çalışacağam təbii ki).

Deyirdim, İnstaqramda bu şəxsi təqib etməkdən hədəfim nə idi? Müxalif və fərqli düşüncələrlə tanış olmaq. Məncə insan fərqli, özəlliklə də müxalif düşüncələrlə tanış olmalıdır; yoxsa, düşüncəsi inkişaf etməz, dərinləşməz. Bu qonuda isə, mən belə düşünürdüm: bəlkə feministlər, ekualistlər bizə yalan deyirlər! Bəlkə qadınların haqqı tapdalanmır da, erkəklərin haqqı tapdalanır. Axı erkək haqlarını müdafiə edənlərin çoxu, "erkəklərin mediası yodur" deyirlər...

Nəysə. Mən bu şəxsi təqib etdim və sözlərini diqqətlə oxumağa başladım. Hər zaman məntiqsiz sözlər danışırdı. Məntiqsiz bir zad isə mənim beynimə girməz, məni əsəbiləşdirər. Bu üzdən də onu təqib etməyi buraxdım. Onu iki-üç ay təqib etmişdim; bu müddətdə çox əsəbiləşdirmişdi məni; ama bir bir şey öyrəndim:

Şəxsi yaşantılarımızdan yola çıxaraq genəl-keçər bir qural oluşdurmamalıyıq; yəni şəxsi təcrübəmizi təməl alaraq başqalarına yol göstərməməliyik.

Adını vermək istəmədiyim bu şəxs, özəl həyatında, sabiq qarısıyla sorunlar yaşamışdı. Burada erkəyin yoxsa qadının haqlı olduğuyla işim yox; mənim dartışmaq istədiyim qonu budur: Şəxsi yaşantılarımızı təməl alıb qural oluşdurmamalıyıq.

Daha çox açıqlayım: Məslən mən başqa bir millətdən olan bir şəxslə görüşürəm və o mənə bir pislik edir; indi mən bunu bir qayda-qural halına gətirib "o millətdən olan hər kəs belədir" deməməliyəm. Axı hər yerdə, hər millətdə yaxşı da var, pis də. Başqa bir örnək varim: şəxsi həyatımızda bir qadınla (özüm erkək olduğum üçün belə deyirəm, qadınlar da bir erkəklə) sorunlar yaşayanda, qadın qarşıtı olmayaq.

 

Üçüncü Misal

Gələnək-görənəklərimizdə, adət-ənənələrimizdə və ədəbiyyatımızda olan hər bir şey doğru deyildir (bəziləri heç bir zaman doğru deyildi, bəziləri də indi doğru deyildir).

Misal üçün bayramda göyərtmə göyərtmək, qədim doğru bir iş idi; çünkü o zamanlar insanları nüfusu az idi və bir neçə ailənin göyərtmə göyərdib bir miqdar buğdanı hədər etmələri çevrəyə və iqtisada böyük bir zərər yetirmirdi; amma indi insanların sayısı qat-qat artıb və hamı göyərtmə göyərtsə, milyonlar ton buğda hədər olar. Bu miqdarda buğda əkiləndə, suvarılanda və dəriləndə nə qədər su işlənib, nə qədər topraq aşınmaya məruz qalıb, nə qədər ərazi əkin yerinə çevrilib? Təsəvvür edə bilirsiniz mi?

Ya da ədəbiyyatımızda ovçuluq yaxşı bir iş kimi görünür və ovçu öyülür; axı böyük qəhramanlarımız və anti-qəhrmanlarımızın çoxu ovçu idilər. Genə də o zamanlar insanların sayıları az olduğu üçün, inların ovçuluq etməyi biyo-çeşidliliyə və çevrəyə zərərli deyil, bəzən yararlı da olurdu; ancaq indi, ovçuluq çox vaxtlar zərəlidir, biyolojik çeşidliliyi azaldır, bir çox canlı növünün nəslinin kəsilməyinə nədən olur. (Əlbəttə, indi də, ovçuluq bəzən çevrə və doğa üçün faydalı ola bilər; məsələn, çevrə, vəhşi həyat və bio-müxtəliflik uzmanlarının nəzarətiylə istelaçı türləri (invaziv növləri) ovlamaq kimi vb.).

 

Dartışma

Bir dizgəni (sistemi) incələmək üçün iki yaxlaşımın var olduğunu söyləyə bilərik: reduksiyonizm və holizm.

Gəlin öncə reduksiyonizmin nə olduğunu açıqlayaq. Reduksiyonizm ya da əndirgəməçilik yaxlaşamında, bir sistemi (dizgə) incələyəndə onu oluşduran hissələri (bölümləri), ayrı-ayrı və birər-birər incələyirik.

Holizm bir sistemi bütün olaraq görmək və incələmkdir.

Təbii ki, fəlsəfə və bilim tarixində hər iki yaxlaşım da faydalı olmuşdur.

Mən burada Reduksiyonizm və Holizm yerinə iki yeni termin önərmək və işlətmək istəyirəm. Lütfən diqqət edin ki, mənim burada hədəfim, bunlara Türkcə qarşılıq önərmək deyil; hədəfim reduksiyonizm və holizmdən bir az fərqli bir şəkildə tanımlayacağım iki məfhuma yeni adlar seçməkdir.

Yuxarıda gətirdiyim Birinci Misalda, sahibsiz ya da vəhşi heyvanlara sosiska vermək istəyən baytarın düşüncəsi gözəl idi. Onun heyvan sevgisi var idi. Heyvan sevgisinin isə, nə qədər gözəl, tolum və insanlar üçün nə qədər faydalı olduğunu hamımız bilirik. Ancaq yuxarıda da qeyd etdiyim kimi, o baytar (heyvanlar həkimi) qonuya yalnızca öz heyvan sevgisi açısından baxırdı. Əlbəttə bir az mübahisə etdikdən sonra, o özü bu işinin bir zərərini də dedi ki, mən bilmirdim. O dedi ki, heyvanlara pişmiş, qalmış və köhnə yeməklər vermək yalnızca onları xəstələndirməz, onlarda qalıtcıqların (genlərin) pozulmasına və qalıtım dəyişməsinə (geneteik mutasiyaya) də səbəb ola bilər.

Gördüyünüz kimi sözünü etdiyim baytar, qonuya iki açıdan baxırdı: heyvan sevisi açısından və öz ixtisası açısından. Mən bu baxışa "bölümcül baxış" deyirəm.

Bunların yanında baytar ilə mübahisə etdiyim qonuya başqa açılardan da baxsaq və incələsək və çıxan nəticələri birləşdirsək, buna "bütüncül baxış" deyirəm.

Əlbəttə ki, bölümcül baxış və incələmə hər zaman lazımdır; çünkü dizgələrin ya da qonuların çoxunu bütüncül olaraq incələmək çox çətin və bəzən imkansızdır; ancaq bölümcül baxışlar və incələmələrdən edindiyimiz bilgiləri birləşdirib ortaq bir nəticəyə varmaq mümkündür.

 

İkinci Misalda adını çəkmədiyim orta yaşlı erkək, genə də qonuya bölümcül baxırdı. Burada onun görüşü bir mütəxəssis görüşü deyildi. O, bir qadınla yaşadığı sorunlardan yola çıxaraq, dünyaya bu açıdan baxırdı. Onu təqib etdiyim sıralarda, Rusya Ukraynaya saldırdı. O Ruysyadan yana yazır, Rusyanın savaşı qazanmasını arzulayırdı. Niyə? Çünkü "Putin Rusyada Feminizmi yasaqlamışdı." O cənab belə deyirdi! Yəni o hər zada yalnızca dar bir açıdan baxırdı!

Əlbəttə mənim bu şəxslə məntiqi bir şəkkildə mübahisə etməyimə imkan yox idi; çünkü o, qulaqlarını yumub, ağzını açırdı! Amma erkək haqları qonusunda elm və məntiq əsasında çalışmaq istəyən hər kəsə bütüncül baxmağı önərirəm. Təbii ki, erkək haqlarını düşünən və bu haqları müdafiə edən bir insan (erkək ya da qadın) qonuya bütüncül baxarsa, erkək haqları ilə qadın haqlarının birbirinə qarşıt (zidd) olduğunu deyil, onların birbirinə bağlı olduqlarını görəcəkdir bəlkə. Belə bir şəxs, erkək haqlarını qadın və qadın haqlarıyla ziddiyyətli bir şəkildə tanımlamayacaqdır; bunun yerinə, erkəklərin sağlığını (bildiyimiz üzərə, erkəklər üst-üstə sağlıqlarına çox önəm vermirmişlər) düşünüb toplumu bu qonuda bilincləndirə bilər, erkəklərin icbarla əskərliyə və savaşa göndərilmələrinə qarşı çıxa bilər və bu kimi. Təbii ki, bu qonuda dartışmalar davam etdirilməli və qonu, mənim burada açıqladığımdan daha qapsamlı (bütüncül) bir şəkildə incələnməlidir; ancaq bunu da artırmağımın faydalı olacağını düşünürəm: bəlkə də gələcək nəslləri, onların ruhi və fiziki sağlamlığını və sevgi, dinclik və barış içində yaşaya bilmələrini düşünsək, bu qonuya daha bütüncül baxa və incələyə bilməyimizə imkan yaradar.

 

Üçüncü Misal, bu qonu daha genişdir. Qız qaçırmadan tutdu gündə işlətdiyimiz atasözlərinə qədər. Cinsi söyüşlərdən tutdu nağıllarımıza qədər.

Uşağımıza bir nağıl oxuyuruqsa, o nağılın uşağımızı və gələcək nəslləri necə etkiləyəcəyini düşünürük mü?

Ciddi ya da şuxluq olaraq cinsi söyüşlər verib dururuqsa, bunun toplumumuzu necə etkilədiyini düşünürük mü? Məsələn, cinsi söyüşlər erkəklərə üstünlük hissi verir, qadınları və cinsi azınlıqları da aşağılayır. Penis və vagina dünyada ən gözəl hisslərdən ikisi olan eşq və şəhvətin alətləridir. Erkəyinkini niyə nifrət alətinə, düşmən toxmağına çevirək ki?!

Ədəbiyyat qonusuna bunu da artırım ki, yazıçıları (və içərik ürəticilərinin) çoxu bir dərdi dərman etmək ya da bir haqqı diriltmək üçün yazırlar; ancaq qaşını qayıranda gözünü çıxarmamağa da diqqət etməliyik.

 

Son söz

Əslində bölümcül baxış da, bütüncül baxış da gərəklidir; bütün bir sistem bölümlərdən oluşduğu kimi, bütüncül baxış da, bölümcül baxışların diqqətlə biraraya gətirilməsindən yaradılır; ancaq fərqli qonularda və dizgələrdə işə yarayan bütüncül bir baxışı necə yaratmaq olar? Bunun üçün bir yöntəm hazırlamaq mümkündür mü?

Təbii ki, bunu gələcəkdəki araşdırmalar və çalışmalar bəlli edəcəkdir; ancaq mən indilik belə düşünürəm ki, bütüncül bir baxış yaratmaq istəyəndə aşağıdakıları nəzərdə tutmaqda fayda var:

- Haqlarını qoruya bilməyən ya da qorumaqda çətinlik çəkənlər (gələcək nəsllər, heyvanlar, uşaqlar, azınlıqlar vb.)

- Çevrənin və bio-müxtəlifliyin qorunması

- Fərdi, ictimai, siyasi vb. azadlıqların qorunması

- Təhlükədə olan dillər, nəsli təhlükədə növlər

- Əski abidələr və əsərlər

- Ehtimal edilən zərərlər və təhlükələr

- Etkilənilməsi ehtimal edilən hər bir şey ya da şəxs (maddi, mənəvi, canlı, cansız)

Yuxarıda da qeyd etdiyim kimi, bilim və məntiqə dayalı olan bölümcül baxışlar və incələmələr, bütüncül baxışı oluşdura bilməyimiz üçün gərəklidir; ancaq, bölümcül baxış çox hallarda bir çoxları üçün zərərli ya da təhlükəli ola bilər.

 

 

 

 


نظرات کاربران

Nuşin معتقد است :
Çox sağ olun Məcid Müəllim
Təşəkkürlər Nuşin Müəllim
  • نام کامل :
  • آدرس ایمیل :
  • متن نظر :
  • کد امنیتی :
  • نمایش یک کد امنیتی جدید کد امنیتی
  •