Eşq və Azadlıq
Gəl eşqi azad yaşayaq
İzin ver, “səni sevirəm” deyim. Qoy, sənə “sevgilim” deyim, “eşqim” deyim. Səni sevirəm, bəlkə də dünyada kimsənin kimsəni sevmədiyi qədər sevirəm səni. Səni olduğun kimi sevirəm. Səni azad sevirəm. Göy üzündə uçub, dağların üzərindən keçib, çiçəkli dallara qonduğun halını sevirəm. Etiraf edirəm ki, həmişə mənim yanımda olmağını çox istəyirəm; amma qorxma, səni qəfəsdə istəmirəm, qəfəsi sevmərəm. Qəfəs səni soldurar, məni darıxdırar. Gəl eşqimizi qəfəsə çevirməyək. Mən qəfəsdə sevişməyi sevmirəm. Gəl azad olaq. Gəl uçaq və göylərdə sevişək. Baharda uçuşub çiçəkdən çiçəyə qonub birbirləriylə sevişən rəngarəng kəpənəklər kimi...
نظرات کاربران