Gənc qız dünyanın ən nəhəng təyyarəsinin pilotudur.
دختر جوان، خلبان بزرگترین هواپیمای جهان است.
Dünyanın ən geniş təyyarəsi “Boeing 777”-nin pilotu 30 yaşlı hindli qadındır. Odünyanın ən gənc qadın pilotudur.
خلبان بزرگترین هواپیمای جهان «بوئینگ-777»، زن 30 ساله هندی است. او جوان ترین خلبان زن جهان است.
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, uşaqlığından bəri pilot olmaq istəyən Anni Divya dünyanın ən böyük cüt mühərrikli təyyarəsini idarə edir.
«Musavat.com» با استناد به جراید خارجی خبر می دهد که، آنی دیویا که از کودکی می خواسته خلبان شود، بزرگترین هواپیمای دوموتوره جهان را اداره می کند.
“Pilot olmaq bir uşaqlıq xəyalım idi. 17 yaşındaykən Hindistanın məşhur təyyarə akademiyasında qeydiyyatdan keçdim. Mənim üçün bu çox vacib idi. Dil, pul problemləri, mədəniyyət fərqləri və bir sıra çətinliklərlə üzləşdim. Həm də aviasiya haqqında heç bir şey bilmirdim. Başlanğıcda özümü çox pis və qorxmuş hiss etdim, ancaq sonra ailəmin dəstəyi və müəllimlərimizin köməyi ilə bunların öhdəsindən gəldim. Hamısından da əhəmiyyətlisi müvəffəqiyyət əzmi nəyi səhv etdiyimi və necə düzəldə biləcəyimi göstərdi. Zamanla təhsilimi bitirdim və pilot oldum” - deyə Anni bildirib.
آنی می گوید: "خلبان شدن، رؤیای کودکی ام بود. در 17 سالگی در آکادمی معروف خلبانی هندوستان ثبت نام کردم. این برای من خیلی مهم بود. با مشکلاتی مانند زبان، پول، تفاوت های فرهنگی و مشکلات دیگر مواجه شدم. درباره هوانوردی هم چیزی نمی دانستم. در آغاز، حس خوبی نداشتم و ترسیده بودم، با این حال، با حمایت خانواده ام و کمک معلم هایم از عهده اینها برآمدم. مهمتر از همه اینها، عزم رسیدن به موفقیت، به من نشان داد که اشتباهاتم چه هستند و چگونه می توانم جبرانشان کنم. کم کم تحصیلاتم را تمام کردم و خلبان شدم."